1509680_782335231858445_8174014256845948200_n

Arzum daşa dəyir, bu qəm- kədərdi
Tərs düşür işlərim, bu dərdi sərdi
Elə bil taleyim əlimdə zərdi
Nədənsə çox düşür dubirlər mənə

Ümidlə atıram qoşa deyərək
Bəlkə də udaram! Risk eyləyərək
Bəxtimi qumara qoymazdım gərək
Nədənsə çox düşür dubirlər mənə

İnsanın həyatı nərd tək oyuncaq
Qismətmizlə biz oynadıq doyuncaq
Fələyin atdığı qoşadır ancaq
Nədənsə çox düşür dubirlər mənə