Tənhalığımla mən
İkimiz yaşaya bilərik sandım.
Sən məndən natəmiz, mən səndən əfəl
Hər səhər yuxudan sənsiz oyandım.
Nə olar, könlümü yığışdırma gəl.
Dağınıq istərəm, evi, həyatı.
Səpilsin yerlərə kitab, sevgilər.
Dərdimin dərmanı olan saatı
Bu ömür payımdan mərhəmət dilər.
Siqaret tüstüsü basıb otağı.
Küllər səpələnib, stola , yerə.
Yola sal qəlbimin günlük qonağın
Yer yoxdur ömrümə enməmişlərə.
Təkcə, yatağımdan yad əşyaları
Yığıştır, görənlər xoşbəxt sanmasın.
Onlar həyatımın ahəng çaları
Badına gözəllik barı yanmasın.
Gəl! Mənim başımın tacı tənhalıq!
Sarılaq mehriban, uzanaq, yataq.
Mükəmməl doğmayıq, biz əhli halıq
Daxmada mehriban ortam yaradaq.
Yol boyu danışaq problemləri
Görənlər də məni dəli sansınlar
Gəl düş qabağıma gəzək hər yeri.
Fəsillər dəyişsin, gəlsin növbahar.
Mərhəmət etsinlər ətrafım mənə
Yığıb yığışdırsın səpdiklərini.
Qapıdan çıxınca səpərik yenə.
Dönəndə itirsin bildiklərini.