* * *
Gələr nalə,ah səsi,
Çıxsa aşiqin səsi,
Səni sevən bir kəsi,
Ağlatmağa nə var ki?!
Qəlbi sənə verəni,
Təkcə səni görəni,
Sevgiyə and içəni,
Aldatmağa nə var ki?!
Aşiq dərddə,azarda,
Hər an giley,güzarda,
Canan gələn bazarda,
Gül satmağa nə var ki?!
Allah verən vergini,
Qəlbindəki sərgini,
Qarşılıqlı sevgini,
Yaşatmağa nə var ki?!
Röyada şeir oxudan,
Çiçəkləri qoxudan,
Yarı şirin yuxudan,
Oyatmağa nə var ki?!
Allah versə fərmanı,
Aşiq sevsə cananı,
Gözəl cümlə cahanı,
Boyatmağa nə var ki?!
Hər sözü,hər söhbəti,
Sevgisi,məhəbbəti,
Sakit ruhlu Neməti,
Tək atmağa nə var ki?!
* * *
Mən susaram ,gözləyərəm sakitləşəsən
Mən donaram,bircə sən istiləşəsən
Qravitasiya sahəsi olmasaydı qucaqlaya bilməzdim səni,
Küsəndə nazınnan kim oynayardı?!
Çıxsaydı gün axşam,ay səhər
Bəlkə belə olmazdı…
Axı,gecələr xəyalıma gəlirsən daha çox
Yuxusuzluq ərşə çəkilir.
Axı,dəniz səviyyəsində yüksəklərdə
Ən hündür dağ
Yer səviyyəsindən olan dağdan alçaqdı
Amma ,bilmirlər…
Axı,gözümüzdən pərdə asanlar
Teatr göstərəcəklər bizə..
Kim nə sərf edir onu danışır
Mənə isə təkcə sən sərf edirsən
Təkcə sən…
Təkcə sənlə çiynimə qonan kəpənəyi duyurdum,
Təkcə sənlə susuzluqdan çat verən torpağdan
Çıxan zərif gülü görürdüm…
Hisslər sığmaz hecalı bəndlərə
Çərçivələrə
Hisslər uçurumdan bir barmağla sallanan
Xoşbəxt bir kəsin hekayəsidir…
* * *
Sənin üçün darıxdım,
Bir çay olub mən axdım,
Ürəyimdə karıxdım,
Xəyallar içə endi.
Sənsiz ürək dağladım,
Tənəffüsdə ağladım,
Kitabları bağladım,
Qiymətlər üçə endi.
Məktəbin son ilində,
Üzük gördüm əlində,
Yox oldum ürəyində,
Arzular heçə endi…
* * *
Eşq içrə nələr çəkdi ürək bir onu bildim
Şeytan da dönüb oldu mələk bir onu bildim
Göydən yerə daş düşsədə mən inanmaz idim
İllərdi mənə gəldi kələk bir onu bildim
Mən sevgini bir dağ sanaraq qürrələnirdim
Dağ çəkdi könül, əsdi külək bir onu bildim
Həsrətlə yağış damlasını gözləyən zaman
Min nalə ilə soldu çiçək bir onu bildim
Gücnən döyünən qəlbimi yar yarıya böldü
Sanki heçnədən əzdi böcək bir onu bildim
Nemət yenədə gözəllərə aldanan oldu
Vaxt keçdi zaman oldu ələk bir onu bildim