Aqil Kengerli-nin “Səylər əlində qaldıq” şeirinə
Məni də sənin kimi carəsiz dərdlər didir,
İmkanlılar xaricə, imkansız kəndə gedir.
Ağıllının pulu yox məcbur hamballıq edir.
Pul ilə alim olan keylər əlində qaldıq.
Abbasıya “hambal tək söyləyirik bayatı.
“Rubla” şıllaq atdıq,bəyənmədik manatı
Dollar geridə qoydu Bozat, Dürat,Qıratı.
Hər gün qimətə minən “göylər” əlində qaldıq.
Tanıdığım “mələklər” şeytan oldu get-gedə.
Ədalətdən dəm vurduq ədalətsiz seçkidə
Dua yerine dərdə çarə gəzdik içkidə
Min günah çirkabında, meyler əlində qaldıq…
İndi də o zaman da tək ümid dua idi..
Kim “fərəsətli” şıxdı basdı el malın yedi.
Biri muncuq topladı biri “Vahid” bank dedi.
Varlanmaqcün hər çürə küylər əlində qaldıq.
Damcıyla göl də, dolmur yalvarsan da, min il “dol”.
Ya gərək dayın ola ya da ki pulların bol.
“Xaric” ,”falset” ses imiş məhşurluğa gedən yol.
Hər havaya tutulan züylər əlində qaldıq.
Abırlı geyinənə “çuşka”,”kəndçi”deyirlər.
Muğamat,saz gəlındə ağız burun əyirlər.
Diskoteka üstündə bir-birini döyürlər .
Hər gün “Avropa”-laşan toylar əlində qaldıq
Rəhimli hər dərdimiz söz olub sazdan keçib.
Bu bəxt bir də gül olmaz, payızdı yazdan keçib.
Aqil pazdan danışma bizimki pazdan keçib.
Pazımız da kiçilib çüylər əlində qaldıq..
01/08/2015