BƏNÖVŞƏ
Tərdi dərdiyim bənövşə,
Heyf…solacaq əlimdə.
Xırda-xırda ləçəyini
Fələk yolacaq əlimdə.
Tərtəmizdi dünyam kimi,
Ömrü qısa röya kimi.
Çəkiləcək xülya kimi,
«Günah» qalacaq əlimdə.
Yandırdı əlimi közü,
İtirdim gəldiyim izi.
Çöllərin ismətli qızı
İndi öləcək əlimdə.
HARDASAN
Yenə işıqlar söndü,
Sükut…Hardasan?
Ayrılığı yaxamdan
Sök at…Hardasan?
Qırmızı qar yağır,
Ölüm!…Hardasan?
Səni son nəfəsdə
Görüm…hardasan?
Həyat aldanışdı,
Qayıt!hardasan?
Bacarırsan məni
Ovut…hardasan?
İlk görüş gözəldi,
Gəldim… hardasan?
Sənin üçün öldüm…
Öldüm…hardasan?