sekil

Səni unutmaram ölənə qədər,
Sən mənə hər şeydən əzizsən, gülüm.
Bu ömrü mən sənsiz vermərəm hədər,
Sənsiz yaşamağım zülümdü, zülüm.

Aylarım, illərim keçməsin sənsiz,
Sənsiz ey sevgilim, bir günüm ildi.
De, xoşdurmu sənə yaşamaq mənsiz?,
Sənsizlik sinəmə vurulan mildi.

Sənsiz olsam susar, könül arzusu,
Duyğulu ürəklər arzuyla yaşar.
Sənsizlik könlümün böyük qorxusu,
Səninlə qəlbimdə məhəbbət coşar.