mt

Dəlilik eşq deyil, həddi aşmaqdır,
Eşq sevgili üçün həp alışmaqdır.
Həqiqi məbudu sevməkçün bil ki,
Yol onun uğrunda çox çalışmaqdır.

Məhəbbət olarsa Rəbbə ünvanlı,
Bu an eşq ucalar,bərəkət artar.
Bunda da bir hədd var, aşsan bu həddi,
Çətin ki, arzular murada çatar.

Sevgiyə laiqi sevsə bir insan,
Laiq olan onu ucaldar hər an.
Gəl ki, yanlış sevib unutsa Rəbbin,
Şeytan edəcəkdir qəlbini viran.

Qırmayaq dünyada məhəbbət telin,
Bu tellər qırılsa dünya məhv olar.
Gözünü yumaraq sevsən bir kəsi,
Açdıqda, həyatın bütün səhv olar.

Mirzə sevər hər an uca Rəbbini,
Rəbbinə əl açar ondan diləyər.
Dünya bir ələkdir, hey yırğalanar,
Pisi özü saxlar,safı əlayər.

Mirzə Tərxan (2015, 16 May)