10308061_1487703808112940_8055053123496195175_n

BİLMƏDİM

Gözlərim bir anlıq doldu,süzüldü,
Bu dünyadan əlim yenə üzüldü.
Sözlərim də sətir-sətir düzüldü,
Bu dünyayla mən barışa bilmədim..

Həmrəy oldu mənə yağan yağışlar,
Çəkdi yanaqlara isti naxışlar.
Hər keçən gün,bir gün ona bağışlar,
Bu dünyayla mən barışa bilmədim..

Dürüstlük,kübarlıq deməkki,boşmuş,
Təlxəklik,yaltaqlıq coxuna xoşmuş.
Əyriyə yeri var, düzünə yoxmuş,
Bu dünyayla mən barışa bilmədim..

Dogrunu yalana satan dünyadı,
Mərdini bezdirib yoran dünyadı,
Sonunda bizi də qovan dünyadı,
Bu dünyayla mən barışa bulmədim.
Bu dünyayla, mən barışa bilmədim..

DÖNMƏ ÖMRÜMƏ

Puç oldu arzular,ümid, xəyallar,
Bürüdü dünyamı şaxta,boran,qar.
İndi, bilirsən ki,sənsən günahkar?
Unut məni daha,dönmə ömrümə.

Dardaydım,xəbərin varmıydı sənin,
Qurbanı oldum mən, ötən illərin,
Yox artıq dönuşü keçən günlərin,
Unut məni daha,dönmə ömrümə..

Duymadın sən,qəlbimdəki harayı,
Uçuldu qəlbimin sevgi sarayı.
Məhv etdin əlinlə sənli dünyayı,
Unut məni daha,dönmə ömrümə.

Cəkdiyim cilələr demə hədərdir,
Ayrılıq bir gəncin ömrü qədərdir.
Bu da bir qismət,yəqin qədərdir,
Unut məni daha,dönmə ömrümə.

Bir yerə qədərmış, səbrlə dözüm,
Artıq görməyəcək səni bu gözüm.
Deməyə,yazmağa var bircə sözüm;
Unut məni daha,dönmə ömrümə..

RASTLAŞACAĞAM

Yolların haradan keçır, bilmirəm,
Mütləq,mən səninlə rastlaşacağam.
Qismətdən, taledən qaçışımız yox,
Bir gün mən səninlə rastlaşacağam.

Həyatın rəngləri tam dəyişəcək,
Qış da öz yerini yaza verəcək.
Həsrətin nəgməsi sona yetəcək,
Bir gün mən səninlə rastlaşacagam.

Gözlərin baxacaq mənim gözümə,
Diqqət edəcəyəm, hər bir sözünə,
Təbəssüm qonacaq, gülər üzünə,
Bir gün mən səninlə rastlaşacağam.

Mənim xəyalımın MƏCHUL qonağı,
Bu şeiri, mən sənə oxuyacagam.
Mənim əsərimin baş qəhrəmanı,
Bir gün mən səninlə rastlaşacağam.