Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

Sən mənim Tanrıya uzanan əlim,
Sən mənim dilimdə dualarımsan.
Sən həyat eşqimsən , sən mənim özüm,
Mən nə edərdim, Yaxşı Ki Varsan.

Sətrimin hər sözü sən olmusan, sən,
Dilimin əzbəri, ciyər paramsan.
Mənim yazılmayan şeirlərimsən…
Mən nə edərdim, Yaxşı Ki Varsan

Üzümdə təbəssüm,gözdə sevincsən
Qəlbimə qidasan, ruhuma cansan
Sən mənə dünyada hamıdan əziz
Mən nə edərdim, Yaxşı Ki Varsan.

Sən güləndə gülür mənim də üzüm,
Sən mənim gözümə nurusan, işıqsan.
Ay mənim həyatım, ay canım-gözüm,
Mən nə edərdim, Yaxşı Ki Varsan.