Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Sarıldım sevginin ağuşuna mən
İstisi canımı alovla sardı.
Necə bəxtəvərəm, necə xoşbəxtəm
Səni uca Tanrı bəxtimə yazdı.
Nəfəsin toxunur dodaqlarıma
Əlinin sığalı məst edir məni.
Mən səni yazmışam dualarıma
Həsrətdən betəri varmı ki yəni.
Gözəldir səninlə hər bir anım da,
Bitməsin eşqimiz, sevda iz bizim.
Sənə qurban olsun mənim canım da
Mən sənə aşiqəm, sənə ƏZİZİM