Bir yaşıl yarpaqdım,
yoruldum
yoluna baxmaqdan,
saralıb
düşdüm budaqdan,
Küləklər qovar
o yana,bu yana.
Yağış isladar
üşüyərəm
qışın sazağında.
Çırpılıb
divardan divara,
dolaşaram
sərgərdan,avara…
Eh…sən,
bəlkə də
heç bunun
fərqində deyilsən.
Hər gün
üstümdən
keçib gedirsən…