Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikasının “Əməkdar jurnalist”i
KEÇIR
Öz günümə ağlamıram,
Günüm ağlamaqdan keçib.
Ağlamağın faydası nə? –
Gülüm, ağlamaqdan keçib.
Qısıl yaşa tək içində,
Öz dərdini çək içində.
Ömrümüz ələk içində,
Qəddimiz yumaqdan keçir.
Tərk olduq təkə dönüncə,
Biz ürkə-ürkə dönüncə,
Çuxamız kürkə dönüncə,
Bəlkə yüz yamaqdan keçib.
Bu həyat bir qəm sandığı,
Kim açsın, de, kim, sandığı?
Ac balığın yem sandığı,
Ölümü qarmaqdaq keçir.
Haqqın uvandı, tərsi bir,
Haqq oğlu haqqa nə Sibir?!
Dolanmaq başın nəsibi,
Dolamaq, barmaqdan keçir.
Tanısa qəmlər yaxanı,
Kim tikər qəmlər yıxanı?
Naz ilə qəmlər yaxanın
Sevgisi bu baxtdan keçir.
BILIRƏM
Mənim virana könlümü,
Eşq abad eylər, bilirəm.
Gahdan da abad olanı
Aşqabad eylər, bilirəm.
Könül verdinsə təkliyə,
Ömrü dərd-qəm ətəkliyər.
Səni vadar dönüklüyə
Başqalar eylər, bilirəm.
Məni bu kənddən ötürün,
Ötürün, dərddən ötürün.
Hər boş söz-söhbətdən ötrü
Qaşqabaq eylər, bilirəm.
Sinəmin aha çəmi var,
Gözümün daha nəmi var.
Küsməyə bəhanəmi var? –
Başqa ad eylər, bilirəm.
Yığdı cana ələm məni,
Ömür adlı sələm məni.
Bu eşq üstə aləm məni
Daşqalaq eylər, bilirəm.