Qalib ŞƏFAHƏT.”Qəlbinə söyüd əkmisən”

qs

Söyüdlər,
hər yerdə söyüddü.
Tək,
kölgəsi sərin olur.
Qəlbinə söyüd əkmisən,
havalar isti keçəndə,
budaqları yellənə,
yarpaqları tellənə,
bədənin sərinlənə.
Kölgəsində dincəlsən,
hamıya acıq verəsən,
həyata gəl-gəl deyəsən.
Rüzigar dəyişəndə,
Havalar soyuyanda
köçünü-
Özündən
çox uzağa çəkəsən.
Daha sən
O sən deyilsən.
Yoxsa,
özündə
Donub ölərsən.