e

Cismi yoxdan var edib,varlığa döndərdi o var,
Bu kasıb cismimizə ruhu verdi sanki o,var.

Məni dərk eyləməyən dərkidir, məni mənimin,
Bu məni məndə tapar,məndə də idrakım ovar.

Ey naşı ovçu dayan, dəyməsə bu ox hədəfə,
Ovçuluqdan utanar,eyləyər ovdan bu ov ar.

Zərrə dərk et ki,bunu zərrədə küllər bölünür,
Bax o tam küllə bölünməz,et abır ardan ov, ar.

Coşqun, eşq qibləsidir,qəlbinə həkk olmuş o ad,
O adı ki o adın tərkibi kök,bircə o, var.