Zalım,hərdən mənə
nəsə yaz,göndər.
ya bircə söz,
ya ondan az göndər.
Əllərinin ətri qalan
bir ağ varaq da bəsimdi.
Göndər,küləklər gətirən
bircə soraq da bəsimdi.
Gülüşünü qoy bir zərfə,
nolar lap eləcə göndər.
Uşaqlar yüyürsün bizə,
“məktubun gəldi”-desinlər…
Səndən gələn bir ismarıc
döysün qapımı bir sabah.
Elə eylə aradabir
qoy gözəl olsun darıxmaq.