rafiqoday

Mən dənizdə üzən ada,
Ada üzməz – düz – amma da…
Baş açılmaz müəmmada,
Sirdə axtarmayın məni.

Dərdi-səri təb anmışam,
Dərdə tabı – təbanmışam,
Mən xeyirə tapınmışam,
Şərdə axtarmayın məni.

Heç əlliyə yetmişəm ki?! –
Tükənmişəm, bitmişəm ki…
Elə küsüb getmişəm ki,
Bir də axtarmayın məni.

Qan deyiləm, çanağıayam,
Qan deyirəm, qan – ağıyam,
Daha göylər qonağıyam,
Yerdə axtarmayın məni.