Şəfa VƏLİYEVA.”Sonuncu uğur ayrılıq…”

sv

AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Bizim bəzəyimiz kədər,
Sonuncu uğur ayrılıq…
Sancısı sevgimiz qədər…
Səssizlik doğur ayrılıq…

Qayıt… Keçək ö küçədən,
Əl-ələ, çiyin-çiyinə…
Qoy qovuşsun o hönkürən,
Baxışlar biri-birinə…

Sənin bəxtinə küsənlər
Ayrılıqdan əlac umar…
Dərdim gözümdə süslənər,
Laylalanar xumar-xumar…

Gözlərimiz hay-harayda,
Ayrılıq dərdin əlacı…
Demədimmi sevgim boyda,
Bitməz, kəsilməz bu sancı!