ge2

Xəyal kimi başladın,
Arzu kimi böyüdün,
Ümid kimi yaşatdın,
Yaşadarkən öldürdün.
Bəs niyə illər sonra
Məsum bir uşaq təki
Gəlib qapımı döydün?
Dəyişməyəcəyimi düşündün?
Mən heç dəyişmədim ki.
Gözlərim ,əllərim, ürəyim,
Bütün vücudum eyni.
Mən heç dəyişmədim ki.
”Böyüdüm” sadəcə.
Fikrim ,düşüncəm də böyüdü mənlə.
Sənsə dəyişdin ,kiçildin gözümdə.
Adiləşdin yavaş- yavaş.
Yox oldun.
Baxışlarım sənə qaçmır əvvəlkitək.
Səndən qaçır baxışlarım.
Gecikmisən qəlbimə
Bütün yollar bağlanıb.
Mən heç dəyişmədim ki.
Ürəyim də dəyişmədi,
Döyüntüləri artdı sadəcə
Haray çəkdi sızladı,
Yenə adını andı
Fəqət ,indi adın da
Varlığın qədər yaddır
Səsin yetməz səsimə,
Gecikmisən qəlbimə.