Bir sinə tapmadım başımı qoyum,
Ağlayım bulaqlar ağlayan kimi
Doyunca göz yaşı içdi ürəyim.
Yollar addımımı saxlayan kimi.
İzimi göz yaşım yudu apardı,
Bu bəxtsiz bu payız yağışa düşdü.
Qönçə arzularım, göyərməz oldu.
Elə bil dibçəkdə, qarğışa düşdü.
Bəlkə də göz yaşın duzu qurutdu.
Bəlkə də yox etdi arzumun qəmi.
Hərdəfə yeni bir ümid ovutdu.
Aldı ah əlindən, ağrıdan məni.