1533150_672733326111760_899121006_n

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

Bəlkə payız axşamı…

Bəlkə, payız axşamı,
Ruhumu oxşayasan,
Sınsın həsrətin əli.
Yenə də söyləyəsən,
“Ey gözəllər gözəli”
Bəlkə payız axşamı,
Qadasını aldığım,
Bakı bağlarındaca,
Könlümü oxşayasan…
Baxasan varaq-varaq,
Qumaş qumlu sahildə,

Tufanda birgə olsaq,
İnan təsir eləməz,
Mənə nə qar, nə sazaq.
Bəlkə payız axşamı…

Allahım!!

Allahım!!
Bu gözəl, müqəddəs gündə,
Əl açıram sənin O qüdrətinə,
Elə bu gününün şan-şöhrətinə,
Yolun açıq eylə, yurd-yuvasızın.
Çarə qıl halına el-obasızın!
Pisə aman vermə,
Qır tələsini,
Yeməsin məzlumun son tikəsini!…
Allahım!…
Bu gözəl, müqəddəs gündə,
Əl açıram sənin O qüdrətinə,
Elə bu gününün şan-şöhrətinə.
Qoru qoca ata-anaları sən,
Onlara sağlamlıq ver bu həyatda,
Bəs onlar olmasa, Uca Allahım,
Kim alar bizləri qanadı altda?!
Cəmi xəstələrə eylə mərhəmət,
Qoyma xəstəlikdən əsər-əlamət!….