12113359_1644259745815327_8563565984306098338_o

* * *

aşır-daşır sığışammır
Bu dünyaya şair təbim…
Açılanda yığışammır
köz-köz olur şair təbim…

Aşır ömrümün boyunu
Aşır könlümün boyunu
Oyuna qatır oyunu
Kövrələndə şair təbim…

Aparır sabaha məni
Bəlkə neçə əsrlərə…
Başıma salacaq dəni
Ömrümə yox şair təbim…

Paydı vallah əvəzi yox
kədərin də ləzzəti çox…
Tutacaqdır hər zaman tox
Gözlərimi şair təbim….

Bir qönçəydim…

Bir qönçəydim…
Pardağım da açılmamış
Qondun üstümə Bülbül kimi…
Sevgi atəşli cıynaqlarınla
çatlatdın qönçəmi…
Sonra ise uçdun getdin…
Neçə bahar, payız, qış
Təbiətə hökm edib solmdım
Səni gğzlədim gələrsən deyə…
Gəlmədin… Neçə bahar gözlədim səni…
Axır özüm tapdım… Tapmaz olaydım…
Tanımadın ilk qönçəni
Tanımadın ürəyinə
Cıynaqlarınla adını yazdığın qönçəni…

****

Dünya , beşiyində yelləndir məni
Al qoca qoynuna layla de layla
Bir ümmana döndər selləndir məni
Al qoca qoynuna layla de layla

Məndə əzizlənim məndə sevinim
yox olsun könlümdə nisgilim kinim
Dinəndə sevinclə can deyib dinim
Al qoca qoynuna layla de layla

şirin nağıllar de qoy gerçək olsun
Həyat nura dönüb qəlbimə dolsun
kədərin gülşəni dağılıb solsun
Al qoca qoynuna layla de layla

gəl mənə öyüd ver başa sal hərdən
məndə seçə bilim zərləri zərdən…
qoy mən neyə dönüm nəğmə deyim…sən
al qoca qoynuna layla de layla…

***

Səbr elə qardaşım , dönmə amaldan
gör dünyanın yaşı neçədən gəlir
Haqqa könül bağla torpağa əl ver
güzdüzdə süzülür gecədən gəlir

xeyir danışanı tapacaq xeyir
Şərdən dəm vuranı şər udacaqdı
qaralar bağlama çəkib naləni
qapını örtəndə açanda Haqqdı

Xam olma enişi yoxuşu tanı,
Neynəyim hörmətsiz şöhrəti şanı,
zülmət gecələrin sökülməz danı
Haramı halalnan yuvan eyləmə

Sevgi iztirabı dünyalar qədər
Nakəsə lap can ver olacaq hədər
Qardaşım ot qalxar kök üstə bitər
Qalanda insana ad qalacaqdı

ATAMA…

yaşın qırxa çatır bu il ay ata
Dolayı yolların düzə köklənir…
Yaşın qırxa çatır bu il ay ata
Varlığın – nəfəsim , canımda hənir

yaşın qırxa çatır bu il ay ata…
bilirəm qayğılar gəlir üst-üstə
Səbrin bərabərdir yeddinci qata
Oğlunam , nə desən gözlərim üstə

Yaşın qırxa çatır bu il ay ata
O qara gözlərin qüssə görməsin
Fələk uğratmasın səni müşkülə
İllər ağ üzündə qırış hörməsin

Yaşın qırxa çatır bu il ay ata
yüz yaşa , min yaşa , sən başımızda
ay qara gözünə qurban olduğum
gedirəm sən gedən cığırda cızda

Yaşın qırxa çatır bu il ay ata
Xələl gətirmərəm verdiyin qana
dünyamın içində dünyamsan mənim
Dünya bir yanadı atam bir yana

Yaşın qırxa çatır bu il ay ata,
Ömür təqviminə yüz yaşda dolsun.
Yaxşı ki, atacan gəldin həyata,
Şe’rim ad gününə ərməğan olsun

***

Sənsizlik bilirsən nədir?
Heç məndə bilmirəm…
bilirsən hansı hisslərdəndir?
Hansı ki yaşamışam duymuşam
Amma təsvir edəmmirəm…
bilirsən kim bilər ən yaxşı
qış gecələrində qaynar göz yaşlarımla
Sulanan döşəklər
Hər gün səndən yazan qələmlər
Adını görməkdən təngə gələn vərəqlər…
Hazırlıqsız getdiyim hazırlıqlardan soruş
Sənsizliyin nə olduğunu gülüm…
Bir də göz yaşımdan
mürəkkəbi Yayılmış o uşaqlıq şəklindən soruş
Onlar bilir…onlar Daha gözel anladarlar..

HƏYAT SƏHVİ

“Sənsiz darıxıram” yazmısan gülüm…
Yaş əksik olmurmuş bəbəklərindən…
Gərək bərk yapışıb , bərk tutunaydın
Mənli günlərinin ətəklərindən…

Mən səni atmadım , sən atıb getdin,
Mən səni satmadım , sən satdın məni…
Gecə-gündüzümü ayaq-baş etdin
Necə bağışlayım , necə mən səni?

İllərə sarıdım sınıq könlümü
Bəzən fikrə daldım , bəzən ağladım…
Hərdən düşünərək yeni bir bahar
Səni unutmağa meyil bağladım…

Zaman bax beləcə keçdi…yanğılı…
Axır ürəyimi sağaltdı illər.
Tanrı bahar verdi sədaqət dolu
“Bax sənə layiqdir” dostlar dedilər…

Həyatının səhvin edəndə ay qız,
Bilki sən o səhvi etməməliydin…
Bağışla , bil , artıq heç nə alınmaz
Vaxtında tərk edib getməməliydin…