
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.
Özümdən yıxılanda bircə kömək olmur heç.
Bax , necə də, izinsiz ürəyimdən keçirsən…!
Səni yol-yol axtaran gözümdən də özün keç.
Məsələ onda deyil.
Bir xəyal qurduğumda tökülür qırıqları.
Ən tükəndiyim yerdə, sən uzaqdan gör deyə;
məni məğrur gəzdirir qəlbimin sınıqları.
Məsələ o da deyil.
Bəzən bir məqam gəlir, ölüm qurtuluş olur.
Gecələrin birində sözünü tanımırsan.
Çox gəlirsən özünə; dözüm ‘qurd işi’ olur.
Onda ‘məsələ deyil’.
Qış düşmüş çiyinlərə sevgi ayrı dərd olur.
Məzarlıqda bilirsən bütün çarəsizliyi.
Sevdiyin kəs anlamır məsələ o, həll odur.
Məsələ ‘o’nda deyil.
Kimsənin sığmadığı ürəyimə sığırdı.
Mən bir 10 rəqəmiyəm, onsuzluq da sıfırdı.
Hamını yığ, vur o’na. Cavab yenə sıfırdı.
Məsələ 10-da deyil.