Xəyalə SEVİL.”Ayağım yerdən kəsilir”

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

Ayağım yerdən kəsilir,
Uçmağın dadın bilirem.
Onu dayağım bilirəm,
Onu qanadım bilirəm.

Yaşadımmı bundan əvvəl?
Həyat varmış sondan əvvəl.
Kimiydim ki, ondan əvvəl?
Mən indi qadın bilirəm.

Bu nə təhər, bu necə sirr?
Hayandan baxsan, bilinir.
Yadım, yaddaşım silinir,
Tək onun adın bilirəm.

Ayağım yerdən kəsilir,
Uçmağın dadın bilirem.
Onu dayağım bilirəm,
Onu qanadım bilirəm.