934150_486673518053401_400527984_n

Hz. Əli

Rəbbim olaraq başda,
Məhəbbətim Əlidir…
Cavan və ahıl yaşda,
Güc ,qüvvətim Əlidir…

İslamın sərkərdəsi,
Hüccətullah Əlidir.
Lərzə salar nərəsi,
Əldə silah Əlidir…

Qoy deyim olsun əyan,
Hər dir kəs bilməlidir…
Allah, Mühəmməd,quran,
Arxasında Əlidir…

Əldə zülfüqar olan,
Səlləllahi Əlidir…
Söyləsəm olmaz yalan,
Din səbahi Əlidir…

Elmim Hüseyn Kəbəla,
Güc-qüdrətim Əlidir.
İslama olan qala,
Şücaətim Əlidir!!!

BAKI

Nağıl dünyam, bəşərim,
Sonsuz sevgi hisslərim,
Bəbəyim, həm gözlərim,
Döğma Bakı şəhərim…

Gözəlsən həm möhtəşəm,
Oxşarın görməmişəm,
Doğulandan sevmişəm,
Səni Bakı şəhərim…

Ey, gözlərimin nuru,
Ey, bəxtimin uğuru,
Səmimidir və doğru,
Sevgim, Bakı şəhərim…

Sevməmək mümkün deyil,
Deməkdən usanmır dil,
Səndən gözəl yoxdu, bil,
Mənim Bakı şəhərim…

Ey, məhəbbət ümmanı,
Sevgilərmin ünvanı,
Yoxdu sənə, tay hanı?
Mənim Bakı şəhərim…

SƏN BİLİRSƏN

Sevdiyimi, sən bilirsən.
Məni niyə incidirsən?
Allahına eylə şükür,
Sevənin var, sənin bu cür…

Sən mənimçin çox əzizsən,
Şirin-şəkər, əvəzsizsən…
Ürəyimlə, ruhum sevir,
Sevən qəlbim, tək sənindir…

Sən gecəmsən, həm gündüzüm,
Gəl telinə çiçək düzüm…
Əlim çatsa ulduzlara,
Bağışlardım gözəl yara…

Dəvət elə, mehman olum,
Sevgilərdə, qoy boğulum…
Nəvazişlə lap usandır,
Eşqin ilə, yaxıb-yandır…

Məşəl kimi, qoy odlanım,
Gecə-gündüz eşqlə yanım..
Sübh yuyunum, səadətlə,
Daşıb-dolum məhəbbətlə…

Çox demirəm, mənim qədər,
Sevsən məni, bəs eləyər…
Amma artıq olsa bir az,
Qoca dünya, heç dağılmaz…

Sən bilirsən sevdiyimi,
Gəl sındırma ürəyimi…
Sən röyamsan, yuxularım,
Həsrətimsən, gözəl yarım…

Sevdiyimi, sən bilirsən,
Niyə məni incidirsən?
Utanırsan, çəkinirsən,
De, sevirsən, de, sevirsən…

AXTARIRAM…

Səninlə sevdik, sevildik,
Bu sevgiyə biz sevindik,
Eşq atəşində isindik,
Sən oldun mənim sevgim ilk…

Bir sevgiliydik mehriban,
Can deyib, eşidirdik can…
Bəs küləklər qopdu hardan?
Bu sevgini biz itirdik…

Mən ki, səninçin doğuldum,
İndi niyə de, yad oldum?
Sevə-sevə unuduldum,
Axı biz belə deyildik…

Üzür məni xatirələr,
Boğazımı boğur qəhər,
Axtarıram şəhər-şəhər,
Deyirəm bəlkə rast gəldik…

Axtarıram, tapmıram iz…
Yaxşısan görən, yoxsa pis?
Qalan bu ömrümün sənsiz,
Qiyməti yoxdu, bir qəpik…