Ağlayar

Başımın üstünə pəri dolanır,
Dünyamın xəyalı, bir qız ağlayar.
Göylərin üzündə od tutub yanır,
Ulduzlar sönübdü, aysız ağlayar.

Boğulub qəhərdən, susub dillərim,
Danışmır sözümü, daha sellərim.
İtirmiş rəngləri, yaşıl cöllərim,
Cüt gəzən sonalar, taysız ağlayar.

Ürəkdən gülənlər,daha gülməyir,
Sevgini duyanlar,daha duymayır.
Ürəyi yananlar, daha yanmayır,
Yetimlər qalıbdı, paysız ağlayar.

Çiçək də yabanı, olub elə bil,
Ürək də yabanı, olub elə bil.
Dilək də yabanı, olub elə bil,
Baharlar kecməyir, maysız ağlayar.

Səsimə səs verin, itməsin düzəm,
Küsmə sən, ey həyat, ucal yenidən.
Bəxş eylə, səadət bizə, Yaradan!,
Abbasın harayı, haysız ağlayar.

13.08.2015

Bir sehirli nağıl tək

Axtardım illərdi, tapa bilmədim,
Dərdimi dağlara acıb söylədim.
Arzumu aldadıb, uşaq eylədim,
Sehirli nağıl tək, olmusan gülüm!

Sən elə gülsən ki,bata bilmirəm,
Mən səni dünyamdan ata bilmirəm.
Onsuz da görməyə, cata bilmirəm,
Sehirli nağıl tək, olmusan gülüm!

Gələndə öldürür hicranın dəmi,
Gülüşün qonaq et, bir dəfə cəmi.
Gələydin yuxuma, bircə gecəmı,
Sehirli nağıl tək, olmusan gülüm!

Gələrəm yanına yerini desən,
Əllərim catmayır, bəlkə qeybdəsən.
Göylərdəsənmi? Sən yoxsa, yerdəsən,
Sehirli nağıl tək, olmusan gülüm!

Abbası tək qoyma, ol sən yanında,
Daşıyır bir canla həsrət anımda.
Əlvida söyləmə, qal xəyalımda,
Sehirli nağıl tək, olmusan gülüm!

14.09.2015