* * *
Gözlərim səmanı dolanır yenə,
Ruhum bədənimdən getmək ist əyir.
Uzadıb əlini haqqın evinə,
Allahın qapısın döymək istəyir.
Nə qədər savabım var isə yığıb,
Günahı savabın içində boğub,
Körpə bir bədəndə dünyaya doğub,
Yenidən dil açıb dinmək istəyir
Dünyanın dərdini qəmini atıb,
Həsrətə son qoyub vüsala çatıb,
Başımı bir məsum sevgiylə qatıb,
Deyəsən üzümə gülmək istəyir.
Bir ahu gözlünü sevib ,sevilib,
Yıxılıb dərdindən ölmək istəyir.
Hər dəfə bu dərdlə ölüb dirilib,
Dünyaya yenidən gəlmək istəyir.
14.08.2015
* * *
Gedirem tenhalig karvaninda men,
Seni sensiz yasamag qismetim imis.
Gedirem olmayan unvanima men,
Sen deme tenhalig taleyim imis.
Alib oz dunyami ciyinlerime ,
Gedirem karvanin sonlugunda men .
Bos dunyam ciynime agir lig edir ,
Atib gedeceyem bu dunyani men.
Sensizik bextime bir qara yazi,
Mense bu yazinin ag varagiyam.
Sensizlik qelbime gelen sonbahar,
Mense sonbaharin son yarpagiyam.
29.07.2012
“GECƏ ”
Səssiz gecə,musiqi,
Üz-üzə dayanmışıq.
Gecənin zülmətini,
Şamla aydınlatmışıq.
Pərvanələr dolan ır,
Bu şamın ətrafında.
Bəzən atəş görünür,
Pərvanə qanadında.
Duygular dilə gəlir,
Göz- gözə kilitənir.
Çat vermiş doaqlarım,
Dodağında nəmlənir.
Saçların sinəm üsdə,
Dağılıb,səpələnib.
Dodağının boyası,
Öpüşündə gizlənib.
Sən sevgi şərabısan,
Mənsə sərxoş şairəm,
Bir əlimdə piyalə,
Digər əlimdə qələm.
Gecənin qaranlığı,
Murəkkəb qələmimdə.
Yazdım ki bu gecəni
Yaşasın şeirimdə.
05.02.2014
Xəyal kimi
Tənha bir ulduzam mən göy üzünd ə,
Səndən çox uzağam sənin gözündə,
Gəl məni sən axtar özün-özündə,
Tapsan yaşa məni bir xəy al kimi,
Bir xari bülbüləm sinəm yarali,
Düşdüm saf sevgidən uzaq arali,
Yaşatdim içimdə özgə bir yari,
Puç oldu arzlar bir xəyal kimi.
Sevirdim mən səni saf d uyğularla,
Sən məni axtardin özgə bir yarda,
Özgə qollarinda özgə yatağda,
Səndə yaşa məni,bir xəyal kimi
03.09.2012
“Gəl Ayrılaq”
Gəl ayrılaq bu gecə,
Bitirək bu oyunu.
Səndə yaxşı bilirsən,
Yoxdu bu eşqin sonu.
Hec sevgi də deyil bu,
Ötəri bir həvəsdi.
Yetərincə günaha,
Batmışıq, daha bəsdi.
Zülmət gecələr kimi,
Gözümüzdə qaralıb.
Günah hörümçək kimi,
Bizi toruna salıb.
Bu ki,mə həbbət deyil,
Bu şeytana pənahdı.
Cəhənnəm alovuyla,
Göyə yuksələn ahdı.
Sən özgənin yarısan,
Məndə özgə bir adam.
Bağışla, getməliyəm,
Bu gundən sənə yadam.
18.05.2015
“Səndən Başqasını,Sevə Bilmirəm“
Bu nə sirrdir nə hikmətdir görəsən?
Lal daşa dönmüşəm ,niyə bilmirəm.
Əhdinə vəfalı olmasanda sən,
Mən sənə, vəfasız deyə bilmirəm.
Uyuram yalana mən bilə-bilə,
Yalanı sapa düz, sən gülə-gülə,
Yalanla qəlbimə dəy dönə- dönə
Mən sənin qəlbinə dəyə bilmirəm.
Sən özgə xəyallar peşində qoşan ,
Mən sənin eşqinlə yanan ,alışan ,
Səni sevdim deyə ,oldum pərişan,
Ağlağan olmuşam,gülə bilmirəm .
Günahmı etmişəm səni sevərək?
Nə fərman dinləmir ,nə söz bu ürək,
Dəvasız xəstəlik bu olsa gərək ,
Səndən başqasını,Sevə Bilmirəm .
08.08.2013
“Elə sev ki qadını”
Elə sev ki qadını,
Sevgiye kəm baxmasın.
Senle sevsin dünyanı ,
Dünyadan usanmasın.
Elə sev ki qadını,
Çöhrəsində gül açsın.
Eşq adı eşidəndə,
Bulud kimi dolmasın.
Elə sev ki qadını,
Səndə özünü tapsın.
Səni sənə göstərsin ,
Səndəki sənə çatsın.
Elə sev ki qadını,
Sevgiyə yad olmasın.
Qoy səndə doğmalaşsın
7Səni özgə sanmasın.
Elə sevki qadını,
Səni Sənə Qaytarsın.
17.05.2015
* * *
Nə qədər ağırmış həsrətin yükü,
Yoruldum, tükəndim,bax dizə çökdüm.
Sən gedən yolların tozuna hər gün
Ağladım, gözümün yaşını tökdüm.
Sənsizlik sadəcə yoxluğun deyil,
Yox luğun düşünüb ölməkdi hərgün.
Lənətə uğramış günahkar kimi
Cəhənnəm odunda yanmaqdı hərgün.
Tanrının qəzəbi tutsada mənə,
Tanrının özünü qınadım hərgün.
Sənə qovuşmağın yoludur deyə,
Düşündüm, öl məyi düşündüm hərgün.
19.04.2015
İləlr Ötəcək
İllər rüzgar kimi əsib keçəcək,
Qara saçlarına ağ dən düşəcək.
Baxdıqca aynaya bəyaz telinə,
Cavanlıq çağların yada düşəcək.
Xəyal edəcəksən ötən çağları,
Canlanıb xəyallar yenə dinəcək.
Qopacaq içində bir dəli tufan,
Özünü-özündə qərq eyləyəcək.
Axacaq gözündən həsrət yaş kimi,
Axıb yanaq boyu səni üzəcək.
Qəddini əyəcək bir qız həsrəti,
Bu həsrət səninlə qəbrə gedəcək.
Gedəcək tabutun önündə rəsmin,
Xoşbəxt imiş kimi gülümsəyəcək.
Baxacaq yolunu gözlərmiş kimi,
Bir daş qəmli-qəmli tək dikiləcək.
14/10/2012
Ağladı Getdi
Bir çiçək qopardım sevgi bağından,
Tikanı əlimi daladı getdi.
Bir vəfasız yara verdim könlümü,
Oda qəlb evimi taladı getdi.
Onunla ağladım ,onunla güldüm,
Sevinci, kədəri onunla böldüm,
Mən o vəfasızın gözündən öpdüm,
O isə,gözümdən yaş oldu getdi.
Bir gün məni, gəlib sizdən sorarsa,
Öldü deyərsiniz o, vefasıza,
Xəbəri duyanda, gözləri dolsa,
Deyərsiz ürəyi yaralı getdi.
Həsrətin qəlbində,rəsmin əlində,
Ağladı-ağladı, sızladı getdi,
08.12.2012