12285918_1494065144230457_1353285289_n

Kül ümidünə

Pərdəmiz cırılıb, həya saxlamaq.
İndi də qalmışdır tül ümidinə.
Bizi görən balıq tora da gəlmir.
Balıq tutmağımız lil ümidinə.

Çay kolun kəsənlər batmış günaha.
Buğdanın astarı üzündən baha.
Qara torpağımız bar vermir daha.
Məhsulumuz qalıb gil ümidinə.

Sınıbdır şüşəsi eynəyimizin.
Görmürük eybini bir birimizin.
Köhnəlib saralan köynəyimizin.
Rəngini dəyişmək nil ümidinə.

Bir ovçu əlinə maralı düşdü.
Yar yara qovuşdu yaralı düşdü.
Oğullar vətəndən aralı düşdü.
Əl çirki deyilən pul ümidinə.

Bir göz ağlayarsa, birisi gülməz.
Göz yaşı yanağın rəngini silməz.
Bir əl yetməyənə dil yetə bilməz.
Qalmışıq bir şirin dil ümidinə.

Kimi adət edib yaş gizlətməyə.
Kimisi torbada daş gizlətməyə.
Bu haqsız dünyada baş gizlətməyə.
Çarəmiz qalıbdır kül ümidinə.

MƏN LAL OLMAQ İSTƏYİRƏM

Bu ürəyim dolub sözlə,
Heç danışmaq istəmirəm.
Haqsız ilə, namərd ilə,
Heç barışmaq istəmirəm.
Mən lal olmaq istəyirəm.

Barışsam da deməliyəm,
Danışsam da deməliyəm.
Nə deyim ki, söz anlamaz kəslərə məm.
Nə deyim ki, namərd saylı nəslərə mən.
Danışmağın faydası yox,
Tərbiyyənin qaydası yox.
Əgər günəş hər kim üçün doğacaqsa,
Haqsız mənim haqq səsimi boğacaqsa.
Nə danışım, nə deyim ki,
Mən lal olmaq istəyirəm.

Dəyişmişik zamanla biz,
Barışmışıq yamanla biz.
Bəzən olur dinləmirik,
Ağbirçəyi, ağsaqqalı.
Deyirik ki o, qocalıb
Zəmanədən geri qalıb.
Budur bizim qiymətimiz
Ağbirçəyə, ağsaqqala.
Baxmırlarsa qocalara,
Lənət olsun ağ saçlara
Deyim, yoxsa deməyim mən.
Bu ağ sacdan, bu ağ dəndən.
Ağ saçlılar küsər məndən.
Bu dərdin bir çarəsi var,
Mən lal olmaq istəyirəm.

Bəzən oğul atasından üz döndərir.
Söz soruşmur, söz danışmır, söz göndərir.
Atasını evdən bayra atan da var.
Ata mülkün, mənliyini satan da var.
Belələri ağsaqqalı yox bilirsə,
Ürəyinə bir sancılan ox bilirsə,
Ta nə deyim.
Mən lal olmaq istəyirəm.
Sözüm çatar söz əhlinə,
Gücüm çatar üz əhlinə.
Həyasıza nə deyim ki,
Həyasızın önündə heç
Peyğənbər də danışmayıb.
Niyə əhli hal olmayım,
Mən kiməm ki lal olmayım.
Mən lal olmaq istəyirəm.

Çox demişəm namərdlərə ki, mərd olun.
Qorxaqlara demişəm ki, comərd olun.
Nə faydası.
Sevənlərə söyləmişəm, Məcnun olun, dəli olun.
Aldanmayın gözəllərdə gözəlliyə.
Sevgi sevən ürəkdədir.
Nə faydası.
Sözüm ünvana çatmasa,
Mən lal olmaq istəyirəm.

Yetər, yetər, yetər, mənə,
Söz verməyin danışmaram
Siyasətə qarışmaram.
Yad ölkədən para alıb,
Millətimi qaralayan,
Ürəkləri yaralayan,
Ağa qara deyənlərə,
Nə deyim ki, nə faydası.
Vətənimdə vətənsizi,
Qeyrətsizi görən anda,
Mən lal olmaq istəyirəm.

Daha bir də danışmaram.
Hislərimi boğacağam.
Öz içimdə söz bəsləyib,
Gündə şeir doğacağam.
Sözlərimi düzəcəyəm.
Mən özümü üzəcəyəm.
Şeir tamam yazıldısa,
Susmaq əyər qızıldısa,
Sərvətimi bitirmişəm.
Hər gün qızıl itirmişəm.
Yetər, daha danışmaram,
Mən lal olmaq istəyirəm.