“Qarabağnamə” kitabının birinci hissəsi Bakı şəhərində, “Gənclik” nəşriyyatı tərəfindən 600 səhifə həcmində, 200 tirajla işıq üzü görüb.Kitabın redaktoru “Qızıl qələm” media mükafatı laureatı, şair Vidadi Ağdamlıdır.
Kitaba respublikanın, o cümlədən Qardaş Türkiyə Cümhuriyyətin və Dağıstan Respublikasının müxtəlif bölgələrində yaşayıb, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan yazarların Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərdən, aparılan danışıqlardan bəhs edən şeirləri, hekayələri və poemaları daxil edilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti