Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “İnam yolu” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı, şairə-jurnalist Səadət Cabbarlının “Ürək deyir sevmə daha” şeirlər kitabı 2016-cı ildə Bakı şəhərində, “Gənclik” nəşriyyatı tərəfindən 220 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.Kitabın redaktoru və ön sözün müəllifi “Qızıl qələm” media mükafatı laureatı, şair Vidadi Ağdamlıdır.
Kitab müəllifin oxucular ilə sayca dördüncü görüşüdür.görüşüdür.Kitaba müəllifin son illərdə qələmə aldığı şeirləri daxil edilib.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Oxucuların rəğbətini qazanacağını ümid edirik.
Qeyd edək ki, bundan öncə şairə-jurnalist Səadət Cabbarlının şeirləri “Qarabağnamə” kitabının birinci hissəsində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti