Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Xalqın Nüfuzlu Ziyalısı”, “Dövrün Vətənpərvər Şairi” fəxri media mükafatı laureatı, şair Vidadi Ağdamlının “Pünhan gəzirəm” adlı şeirlər kitabı 2016-cı ildə Bakı şəhərində, “Gənclik” nəşriyyatı tərəfindən 270 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.Kitabın redaktoru və ön sözün müəllifi Müasir Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi, “Qızıl qələm” media mükafatı laureatı, şairə Mehri Əliyevadır.
Kitab müəllifin oxucular ilə sayca on birinci görüşüdür.Kitaba müəllifin son illərdə qələmə aldığı şeirləri daxil edilib.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Oxucuların rəğbətini qazanacağını ümid edirik.
Qeyd edək ki, istedadlı şair Vidadi Ağdamlı Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin 30 noyabr 2015-ci il tarixli qərarı ilə”Qızıl qələm” media mükafatına layiq görülmüşdü.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti