Bilmirım,Şuşada qalır ya qalmır?
taparsan,jurrnalda,dərslikdə axtar,
canlısı bir xeyli burdan uzaqda;
ABŞ-da “Ağ evin” həyətində var.
Deyərsən: “Nə yaman uzağa getmiş?”,
bax,burda vaxtında tədbir görülüb!
həlbət başbilənlər işi bilirmiş,
bəlkə də Şuşada kökü kəsilib?
Baxdın,dodağında dondu suallar,
-“İnanma,vəhşi də bunu eləməz”
-metaldan büstlərə güllə atanlar,
“Xarı Bülbül”lərin kökünü kəsməz?!
Bədbaxt Xocalıda bəs qırılanlar?
yaddan çıxa bilər o qan,o qada?
o,biz Türklər idik–zəbt eləyəndə,,
qıymadıq adicə qara daşa da!
Yaxşı tanıyıram erməniləri,
havadar-yekədir,gülləmiz batmaz,
nə qədər olsa da erməni məkri,
“Ağ ev” baxçasına əlləri çatmaz!
Aqronom,utandım sənin yerinə,
adam bu qədər də saxtakar olmaz!
neçə yol dirəndin mənim üzümə:
“O gül başqa yerdə qərar tutanmmaz!”
Bakı Bulvarına (gəmiyə minib),
hər yerdən ağaclar,kollar da gəldi,
hərdən düşünürəm-ABŞ-a gedən,,
Paytaxt torpağında bitə bilmədi?
Bax,belə–“Dastani Xarı bülbülüm”;
həm insan,həm də ki,gül itiririk,
yetər ki,Şuşanı qaytaraq,gülüm,
Səni Vainqtondan gətirtdirərik…