10 mart 2016-cı il tarixində saat 13:00-da “Kitabevim.az” mağazasında yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, gənc xanım yazar Şəhriyyə Qəzənfərqızının “Sən gecikmə” kitabının təqdimat mərasimi keçirilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Rəhim Mehnət, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rauf Qərib Alagöz müəllifin qələm yoldaşları və yaxın dostları iştirak edbilər.
Tədbiri giriş sözü ilə açan Qəşəm Nəcəfzadə ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, müəllifin yaradıcılıq nümunələri haqqında ürəkdolusu danışıb, müxtəlif illərdə qələmə aldığı nəsr əsərlərindən, publsistika sahəsindəki nümunələrinin mövzu dairəsinin müasir dövrlə ayaqlaşdığını xüsusilə qeyd edib.Yeni işıq üzü görmüş kitabının sədasının respublikanın hüdudlarından da kənardan gəlməsini dilədi.Tədbir iştirakçıları müəllifin yaradıcılıq yolu və fəaliyyəti haqqında öz fikir və düşüncələrini, xatirələrini bölüşdülər, arzu və istəklərini dilə gətirdilər.Müəllifə yeni yaradıcılıq uğurları və fəaliyyəti dilədilər.Bugünkü görüşün yüksək səviyyədə gerçəkləşməsində və həyata keçirilməsində “Kitabevim.az” mağazasının Rəhbərliyi başda olmaqla, zəhməti keçən hər kəsə təşəkkürünü bildirib, işıq üzü görən kitablarından tədbir iştirakçıları üçün imzalayaraq, hədiyyə edib.Tədbirin sonunda isə xatirə şəkli çəkdirilib.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti