12584137_533420616825212_752487860_n

XƏYALLAR

Bir siqaret dumanıdı,
İlin bahar zamanıdı,
Sənə olan gümanıdı,
Xəyalları alıb gedən.

Bu həsrətin hicranıdı,
Səni sevən hürr canıdı
Qumral gözlü cananıdı,
Xəyallara salıb gedən.

İllər özün çəkir dara,
Sutkaları yara yara,
Ümüdünü verib yara,
Xəyallardı sarıb gedən.

Ad çıxardı Əsli, Kərəm,
Əsli sənsən, Kərəm mənəm,
Gülər üzlü nazlı sənəm,
Məni məndən çalıb gedən.

19.03.2016

* * *

Sənin üçün yazdığım bu şeirlər,
Səndən özgə evim yoxdu deyirlər.
Misralarım, hecalarım, sözlərim,
Xəyalını libas təki geyirlər.

Yazdığımın əvvəli sən, sonu sən,
Çümlələrin bəzəyi sən, donu sən,
Fikirlərin cəhəti sən, yönü sən,
Xəyallarım qarşında baş əyirlər.

Qələm-kağız əzbərləyib adını,
Mürəkkəb də bilir sevgi dadını,
Həriflərim qohumunu, yadını,
Söz eyləyib yenə sənsən deyirlər.