rxd

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

Ayrılıq ağır dərd, ayrılıq yaman,
Onunla həmdərddir yanıqlı kaman.
Mənə dayaq oldun hər vaxt, hər zaman,
Amandır ürəyim,dayanma hələ.

Nəmlənib kipriklər, tordur gözlərim,
Quruyub boğazım, donub sözlərim.
Taqətdən düşübdür, zirək dizlərim,
Amandır ürəyim, dayanma hələ.

Dərdlər asi olub, verməyir aman,
Qəlbim yaralıdır, yoxdur heç güman.
Sənə yalvarıram, əlimdə Quran,
Amandır ürəyim, dayanma hələ.

Donub təbb, ilhamım, susub qəlb tarım,
Xəzana dönübdür güllü, gülzarım.
Qapını qış kəsib, ötüb baharım,
Amandır ürəyim, dayanma hələ.

Qoy nota alınsın bu gözəl şeir,
Görsünlər taleyə, Dövran baş əyir.
Əldəki qələm də, yalvarıb deyir,
Amandır ürəyim, dayanma hələ…