cenabrafiqoday

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalist

Nola, dərd-sərini bilən tapıla,
Kimin “bəxşiş”idi çilən, tapıla.
Gözünün yaşını silən tapıla, –
Bu bulud ömrünə, Oday, dan gələ.

Paklıqdan yoğrula könül məbədi,
Ziyarət edənlər deyə Kəbədi.
Zülmətdən qurtula ruhun əbədi,
Nuru günəş verə, od aydan gələ.

“Sürü”nü yığmağa gen dərən ola,
“Çoban”lar çomaqla gön dərən ola,
Qələbə müjdəsin göndərən ola, –
Bir zəfər şeri də Odaydan gələ.