Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalist
Hələ ki, gözlərim sellər ələyir,
Küssən, ürəyim də qan ağlayacaq.
Günahkar üzünə tutub ələyi,
Ruhsuz viran qalan can ağlayacaq…
Qoşulub gecəyə gedəcək ahım,
Dağları, daşları didəcək ahım,
Günəşün üzünü örtəcək ahim,
Sökülə bilməyən dan ağlayacaq…
Başda görəmmədim, ayaqda yoxsan,
Uyğuda tapmadım, oyaqda yoxsan,
Gözəl, bu tərsliyi burax da, yoxsa,
Şərəf sızlayacaq, şan ağlayacaq.
Ürək möcüzələr adası deyil,
Nə də ki, saxlama odası deyil.
Belə israr etmə, qadası, deyil…
Etməsən, dərk elə, qan, – ağlayacaq!