s

Yolunu gözləyirəm
yenə axşamdan bəri..
Dönüb gəldilər axı
hamının gedənləri.

Barı insafın olsun,
gəl gecikmə bu qədər.
Ürəyim tab eləməz,
tərk edib canı,gedər…

Gör necə qərarsızam,
əlim bir işə yatmır
Nə şeir,nə musiqi…
heç nə başımı qatmır.

Don vurmuş ağac kimi
donub qalmışam belə.
Yosa yadına düşmür,
barı bir yol zəng elə.

Burda məni tək qoyub
gör bir getmisən haçan…
Bir də gördün ölmüşəm
sən gəlib çıxanacan…