Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatı
Milyon-milyon insanların
əhatəsində,
Özümü tənha hiss edirəm,
Sanki duman bürüyüb cahanı,
Yalan, laqeydlik,
Xəyanət görürəm!
Bacardıqca qaçıram
İnsanlardan,
İçimdə odlu bir sevda
ola-ola…
Gözlərimə nisgil yaş
dola-dola…
Başımıza gələn işlər, xatirələr
adlanır,
Oxunmuş bir kitab kimi
Qatlanır…
Bütün bu olanları,
Tale yazısı bilmişəm,
Sonra da uşaq kimi,
Şirin-şirin gülmüşəm…
Amma niyə görəsən,
Bütün bu olanlardan sonra,
Səni səndən və onlardan,
Sızıldayan canımdan çox sevdim??
Səni bu ruhuma nə qədər yaxın bildim!
Yoxsa ki, sən gülürsən bütün bu olanlara?
İcazəsiz, sualsız ürəyə dolanlara.
Səni elə beləcə saf sevgimə bələyib,
Gözlərimdən ələyib,
Ürəyimdə saxlaram!
Söylə daha kimə könül açarsan?
Yoxsa ordan da qaçarsan?!.