Həmişə sənətinə, tükənməz istedadına, eyni zamanda , xanımlığına dəyər verdiyim Jurnalist dostum Vüsalə xanım , sizi Milli Mətbuatımızın 141-ci ildönümü münasibətilə təbrik edir, sizə bu müqəddəs sənət yolunda yeni-yeni uğurlara imza atmağı arzulayıram! Sizinlə bahəm bütün jurnalist dostlarımın Milli Mətbuat günü mübarək olsun!
Ömürlərə nur saçar,
Yarar qaranlıqları.
Həqiqətdən söz açar,
Sənət-söz adamları.
Haqsızlığa heç zaman,
Biganə ola bilməz.
Xalqın dərdi-sərindən,
Kənarda qala bilməz.
Harda görsə bir Ana,
Qərq olub göz yaşına.
Dönəcək o Ananın
Ən yaxın sirdaşına.
Yaxşılardan yazanda,
Sözündən nur damcılar.
Kəsərli qələmiylə,
Rəzilləri qamçılar.
Vətən, torpaq həsrəti,
Qövr edər ürəyində.
Böyük zəfər nəğməsi,
Saf arzu, diləyində.
Haqq, ədalət eşqiylə,
Qurub-yaradır, yazır.
Vətən, torpaq yolunda,
Şəhid olmağa hazır.
Özünü atar oda,
Vətənin xilasıyçün.
Şükür edər, alnına
Yazılmış bu yazıyçün.
Bülbül kimi səs-səsə
Ötək bağçada, bağda.
Dostlar, gün o gün olsun:
Mətbuat günümüzü
Qeyd edək Qarabağda!!!