rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

Şəvə, ipək tülün çəkib başına,
Gəlir həmdəm ola dərd sirdaşına.
Olur dərdəyanan, həmdərd, aşina,
Lal- dinməz, ulduzlu,aylı gecələr.

Çox şükür Xaliqin verdiyi paya,
Könül qucaq açır ulduza, aya.
Xəyal, xatirələr gəlməyir saya,
Lal- dinməz, ulduzlu, aylı gecələr.

Olur qəlb tarının, yetim segahı,
Əridir kədəri, qübarı, ahı.
Qovur könüldəki suçu, günahı,
Lal- dinməz, ulduzlu, aylı gecələr.

Axşamlar durulur damarda qanı,
Hüzura can atır, insanın canı.
Sehriylə ovudur şair Dövranı.
Lal- dinməz, ulduzlu, aylı gecələr.