rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

Göstərər hər şeyin əslin, düzünü,
Baxanlar ayırmaz ondan gözünü.
Əksində hər adam tapar özünü,
Tanıdar insanı özünə güzgü.

Bulaq suyu kimi şəffaf, dumduru,
Gizlətməz gördüyü nöqsan, qüsuru.
Sanmayın cansızdır,yoxdur şüuru,
Düz baxar gerçəyin gözünə güzgü.

İnsanın bir gözü güzgüdə qalar,
Baxar surətinə, xəyalə dalar.
Hamını səliqəyə, səhmana salar,
Görər öz işini düzünə güzgü.

Zahiri bəllidir, insan olanın,
Gözlə izləyirik saatın, anın.
Hər kəsin batində, gizli qalanın,
Nə ola, söyləyə, üzünə güzgü