Orta dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Səfəvilər dövlətinin qurucusu, hökmdar-şair Şah İsmayıl Xətainin “Benlik yokdur özümde” şeiri Türkiyə türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hacet Taşları” aylıq şeir dərgisinin 20-ci sayında çap olunub.
Dərginin mətbuat xidmətindən Gundelik.info-ya bildiriblər ki, hökmdar-şair Şah İsmayıl Xətainin şeirinin dərc olunmasında əsas iki qardaş ölkənin-TÜRKİYƏ və AZƏBRBAYCAN mədəni vəədəbi əlaqələrinin inkişafına dəstək vermək, hökmdar-şairin yaradıcılığı ilə bağlı ictimaiyyət nümayəndələri, media təmsilçiləri, poeziyasevərlərə dolğun məlumat çatdırmaqdır.
Qeyd edək ki, “Hacet Taşları” aylıq şeir dərgisinin Genel Yayın Yönetmeni araşdırmacı-yazar Tayyib Atmaca dərginin üz qabığında Türk dünyasının böyük şairi Şah İsmayıl Xətainin şəklinin olmasını daha münasib sayıb.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü