Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 1988-ci il 28-29 fevral Sumqayıt hadisələrinin 29-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib.
S.Vurğun adına Mərkəzi Kitabxanada keçirilən tədbiri giriş sözü ilə kitabxcananın direktoru Yeganə Əhmədova açaraq Sumqayıt hadisələri, erməni məkri haqqında geniş məlumat verib. Qeyd olunub ki, Sumqayıt hadisələrinə siyasi qiymət verilməsi və şəhərimizin üzərindən bu qara ləkənin götürülməsi hər bir sumqayıtlının arzusudur.
Tədbirin sonunda oxuculara Sumqayıt hadisələrini əks etdirən kitab sərgisi haqqında geniş məlumat verilib, videoçarx nümayiş olunub.
S.Vurğun adına mərkəzi kitabxananın uşaq şöbəsində də Sumqayıt hadisələri haqqında balaca oxucular məlumatlandırılıb.
Tədbiri şöbənin müdiri Yeganə Hüseynova açaraq Sumqayıt hadisələrinin kökü, səbəbiəri, təşkilatçıları haqqında məlumat verib. Şöbə müdiri bildirib ki, tədbirin keçirilməsində məqsəd erməni məkri, erməni xislətinin iş üzünü indiki nəslə göstərmək, düşmənlərimizi onlara tanıtmaqdır.
Hər il olduğu kimi bu il də Sumqayıtın Tarixi Muzeyində “Sumqayıt 28-29 fevral 1988” adlı sərgi tərtib olunub. Sərgidə 1988-ci ilin fevralında erməni terrorçularının təşkilatçılığı ilə törədilən və Azərbaycanın ən yeni tarixinə “Sumqayıt hadisələri” adı ilə düşən tarixi əks etdirən fotoşəkillər, faktlar və sənədlər əsasında ayrı-ayrı illərdə çap olunan kitablar, qəzet materialları, fövqəladə vəziyyət zamanı istifadə olunmuş müraciət, icazə vərəqləri və fotoalbomlar nümayiş etdirilib.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti