“Mərhəmət elçisi” jurnalının təsisçisi və direktoru
Tahirə xanım İsmayılovaya həsr edirəm
Əziz və sevimli Tahirə xanım, insanların xislətindəki istedad – Allahın onlara bəxş etdiyi ən böyük nemətdir. İstedad insanın dünyagörüşü və yetkinlik səviyyəsi nisbətində təzahür edir.
Vətənimizdən uzaqlarda yaşayan neçə-neçə insanların sizin təsis etdiyiniz bu jurnala – “Mərhəmət elçisi” jurnlına ehtiyacları vardır. İnsan yalnız sevib-seçdiyi məsləklə özünü ifadə edir. Dünya və axirət barəsində fikir və düşüncələrini sevib-seçdiyi məsləklə reallığa çevirir, qazandığı uğurları çevrəsindəki və çevrəsindən uzaqlarda yaşayan insanlarla bölüşür. Sizin seçdiyiniz məslək – insandan istedadla yanaşı, elm, fəhm, bəlağət, şövq və böyük zəhmət tələb edir. Etiraf etsək ki, anaların qayğıları çox olur, onda bu işin mahiyyətini daha yaxşı anlamış olarıq. Həmd olsun Allaha!
Lakin axirətin savabı saleh əməllərlə qazanılır. Bunu yaxşı qiymətləndirərək Allah isminin ehtiva etdiyi bütün mənaları düşünərək yaşayıb-yaradan seçmə vətəndaşlarımızın bəşəri arzularından və qayğılarından bəhs etmək və yazmaq nə qədər qürurvericidirsə, bir o qədər də məsuliyyətlidir. İnsanın xoşbəxtliyi zəhmətinin bəhrəsini gördüyü anlardır. Allahın sizə bəxş etdiyi ilhamla saniyələrə və dəqiqələrə ilham qatdiniz. Ömür payınızı ölümsüz saatlarla mənalandırıb axirət üçün “azuqə” topladınız, həmd olsun Allaha!
Fədakar insanların təcrübələrindən bəhrələnərək onları zikr etmək insanın şərəfli adına ən böyük ehtiramdır.
Böyük Azərbaycanı idarə edən şərəfli vətəndaşlarınızın işlərindəki uğurlardan, gördüyü məhtəşəm işlərdən, cəbhə bölgəsində keçirtdikləri hiss və həyacanları əks etdirən rəngarəng şəkillərlə anamız dünyanın hər nöqtəsinə çatdırmaq elə sonsuza gedən yolçuluqdur.
Heç bir qonşuluğun fərqinə varmadan bizimlə müharibə edən erməni ordusu – iblisin əsgərləridir.
İnsan dünya evinin müvəqqəti qonağı – axirətinsə əbədi sakinidir. Allahın rəsulu (s) buyurur: “Dünya” lənətlənmişdir; orda Allahın dost tutduğu insanlardan, alimlərdən, elm öyrənənlərdən başqa – hər şey lənətlənmişdir”
İnsan yaradılış aləminin hədəfi və böyük məsuliyyət sahibidir. İnsan ruhi və mənəvi mükəlləfiyyət daşıyır. Siz, Tahirə xanım, bu xüsusda süstlük etməyərək şərəfə nail oldunuz. Həmd olsun Allaha!
Təkcə dünya işlərinin səhmana düşməsi – hələ dinin təşəkkül tapması demək deyildir. Belə bir hədis var: “Kişilər iffətli olmalıdırlar ki, qadınlar da iffət və izzət sahibi olsunlar” Qadınlar da hər bəla və müsubətlərdə səbrli və şükran olmalıdırlar. Allah bəzən qadınlarımızın sükür və səbrini imtahan etməkçün verdiyi əmanət və bəxşişi geri alır. Buna misal olaraq mənfur qonşularımız ermənilərlə müharibədə şəhid olan oğul və qızlarımızı göstərə bilərik .
Zəhmətkeş Tahirə xanım, mənim sizinlə qısa görüşüm ərzində nədənsə bu hədisi-şərif yadıma düşür: “Sabah edərəm deyənlər – həlak oldu”.
İşinizdəki ilhamı siz yalniz Allahın razı olduğu bəndələrinin işıqlı əməllərindən alırsınız. Həmd olsun Allaha!
Həqiqətən insanın xoşbəxtliyi – saniyə və dəqiqələrin qiymətini bilməklədir. Ömrün “ölümsüz anları” bununla mənalanır, bununla həyat tapır.
İnsan Allah nurunun hansı əməli nəticəsində təcəlli edəcəyini bilmədiyindən daim intizar və əndişədədir. Sizin mənimlə telefon söhbətlərinizdə belə, mənə elə gəlir ki, “ötən anların, keçən zamanın sürətindən bəhs edirsiniz. Həmd olsun Allaha!
Əziz və mehriban Tahirə xanım, sizi “8 Mart Beynəlxalq Qadınlar günü“ münasibətilə təbrik edir, sizə can sağlığı, ailə səadəti və xoşbəxtlik arzulayıram.
Böyük hörmət və ehtiramla,
Ulduzə Süleyman qızı Nəsir,
Respublikanın Əməkdar artisti,
şairə-publisist.