Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
SEVGİ VARSA
“Könül dəftərim” – silsiləsindən
Yar – yarından alammasa sorağı,
Zülmət çökər, sönər qəlbin çırağı.
Onda olmaz sevgi, könül marağı,
Sevgi varsa , könül ülfət bağlayır.
Yar tapanda yarısını tam olur,
Dəli könül daha ürkmür, ram olur.
Sevən ürək eşq didərir, kam alır,
Sevgi varsa, ürək eşqdən çağlayır.
Dünya fani, hey boşalır, hey dolur.
Tər güllər də tez açılır, tez solur.
Hər sevdada boran olur, qar olur,
Sevgi varsa, gözlər niyə aglayır?
“Leyli – Məcnun” xalqın sevgi dastanı,
“Fərhad- Şirin”-timsalında eşq hanı?
“Əsli- Kərəm”- ahı yaxar çahanı,
Sevgi varsa, sevənləri dağlayır.
Əgər fələk çərxi dönsə tərsinə,
Hazır olaq həyat, sevgi dərsinə.
Dövran, sən də dur önündə, gər sinə,
Sevgi varsa, ilham dastan bağlayır…
ÜRƏYİM BİR OVUC KƏRƏM KÜLÜDÜR
“Könül dəftərim” – silsiləsindən
Əzəldən mən səni görməyəydim kaş,
Ələmdə, fəryadda gecə-gündüzüm.
Qəm könül evimdə qurubdur bardaş,
Sönən kül altında gizlənib közüm.
Məcnuntək səhrada gəzir izlərim,
Hicran başım üstə qəm bulududur.
Qarışıb zamana kəlmə, sözlərim,
Oxuyub, sızlayan yanıq bir uddur.
Fərhadın çaldığı külüng sinəmdə.
Ürəyim bir ovuc Kərəm külüdür.
Gözlərim qübarda, gözlərim nəmdə,
Hissim, duyğularım qəm bükülüdür.