Beşiyim

Qədəmləridi uğurlu,
Xəyalı dürlü-dürlü,
A süd qoxulu, nurlu,
A dualı beşiyim.

Bur ilahi qurğuydu,
Dərya idi, duyğuydu,
Nağıl idi, yuxuydu
Gümüş yaylı beşiyim.

Şirin-şəkər xəyaldı,
Səhər erkən ayıldı.
Hansı ocaqda yandın
A laylalı beşiyim?!

Solğun güləm-dərilmiş,
Küləklərə verilmiş.
Dünya beşik deyilmiş,
A məlallı beşiyim.

Ruh kimi

Hara hazım ki suçumu?
Bir gün sürəcəm köçümü.
Yandırıram öz içimi,
Mən bir ah kimi, ah kimi.

Ömrə-günə eh, nə deyim,
Hansı fərəhimi öyüm?
Sudur dünya, gəmidəyəm
Mən bir Nuh kimi, Nuh kimi.

Sevib əzizlədim sözü,
Sinəmi tuş etdim gözə.
Dolanıram dağı, düzü
Mən bir ruh kimi, ruh kimi.