Dolanım başına, mehriban bacı,
Bilirsən, qəribdir burada Asdan.
Başına qoymusan xınalıq tacı,
Bilirsən, qəribdir burada Asdan.
Sorsanız, məktubu yazdığım vaxtı,
Çobanın əzəldən yazılır bəxti.
Vətəndən ayrıram, bil ki, nə vaxtdı,
Bilirsən, qəribdir burada Asdan.
Ey bacı, qəlbinə gəlirmi günlər,
Dolansın başına şeyda bülbüllər.
Məni yada salsın qədir bilənlər,
Bilirsən, qəribdir burada Asdan.
6 may 1963-cü il. Orta məktəb.