Gördüm

Gecə kimi həsrət idi səhər
Bu gün,nəhayət ki,mən yarı gördüm.
Hələ küçələr də fəsli qış idi
Onun gözlərində baharı gördüm

Gözündən gözümə bir eşq boylandı.
Qamarda qanım da donub dayandı.
Qısqandım,ürəyim alışdı-yandı.
Telini oxşayan rüzgarı gördüm

Haqqın söylədiyin yazır qələmim
Onunla bağlıdır sevincim qəmim
Yolum gözləyir o gülzar mənim
Yarımda vəfanı,ilqarı gördüm

Gülüm….

Bilsən ayrılıqdan nələr çəkmişəm?!
Həsrətdən göylərə sovrulub külüm.
Eşqim iddiamdır,şahidim cəfa
Tanrıdan tək səni diləyir könlüm

Pəncərəni açıq qoyub yatarsan
Gələcəm səninlə dərdimi bölüm
Ruhum qonağındır,yenə bu gecə
Bu an əbədilik olsunmu, gülüm?

Əllərin titrəyir,baxışlar ürkək
Saçların gül qoxur,dodağın çiçək
Mənimsə dodağım bal arısıtək
Sənin dodağına qonsunmu gülüm?!

* * *

Qəlbim yara, gözümdə yaş,
Duz yaranı göynədərmi?
Könlümdə buz, sevgim atəş.
Od buzları əridərmi?

Öz qarğışım tutub məni.
Dost nəfsinə satıb məni.
Kor quyuya atıb məni,
Haqq səsimi eşidərmi?

Şaxta vurmuş ürəyimi
Daşa dönmüş diləyimi
Xəzan olmuş gəncliyimi,
Qış günəşi isidərmi?