“Çapar Yayınları” tərəfindən anadan olmasının 150 illik yubileyi münasibətilə görkəmli Azərbaycan mütəfəkkiri, ictimai-siyasi xadim, yazıçı, pedaqoq, jurnalist Əhməd bəy Ağaoğlunun “Şuşa, Peterburq və Paris xatirələri” kitabı işıq üzü görüb. Kitabın tərtibatçısı “Çapar” dərgisinin baş redaktoru Dilqəm Əhməddir.

Kitabda müəllifin Qardaş Türkiyənin “Cümhuriyyət” qəzetində yayınlanan 3 məqaləsi və Türkiyə Cümhuriyyətinin qurucusu və memarı, görkəmli tarixi şəxsiyyət, böyük öndər Mustafa Kamal Atatatürkə ünvanladığı iki məktubu da yer alıb.

Qeyd edək ki, bundan öncə “Kitab Klubu” nəşriyyatı tərəfindən yazıçı, pedaqoq, jurnalist Əhməd bəy Ağaoğlunun 1919-1921-ci illərdə Maltada sürgündə olarkən yazdığı xatirələrini özündən cəmləşdirən “Atəşkəs və sürgün xatirələri” kitabı nəşr olunmuşdu.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.