Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” Ədəbi Mükafatının 2018-2019-cu illər üzrə qalibləri müəyyənləşib. Müsabiqədə 5 nominasiya üzrə 58 əsər iştirak edib.
Qaliblər aşağıdakı şəxslərdir:
Nəsr nominasiyası üzrə
Şərif Ağayar. “Arzulardan sonrakı şəhər” kitabı
Mübariz Örən. “Balıq gülüşü” kitabı
Poeziya nominasiyası üzrə
Salam Sarvan. “Heykəl tənhalığı” kitabı
Vaqif Bəhmənli. “Qansız savaş” kitabı
İbrahim İlyaslı. “Şair olmaq zülümdü” kitabı
Ədəbi tənqid və publisistika nominasiyası üzrə
Yaqub Babayev. “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)” kitabı
Abid Tahirli. “Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabı
Orijinaldan bədii tərcümə nominasiyası üzrə
Vilayət Hacıyev. Haynrix Böllün “Kişisiz ev” romanı
Seyfəddin Hüseynli. Culian Barnsın “Aqibət duyğusu” romanı
Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə
Reyhan Yusifqızı. “Dostum Mimi” kitabı
Solmaz Amanova. “İlmənin macəraları” kitabı
Rafiq Yusifoğlu. “Nağıl qapısı” kitabı
“Qızıl Kəlmə” Ədəbi Mükafatı çərçivəsində “Şans” ödülü
Şahanə Müşfiq. “Şahanənin nağılı” kitabı
Sadıq Qarayev. “Sahibsiz kölgələr” kitabı
Mükafatın təqdimatı mayın 17-i, saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Qaliblərə diplom, pul mükafatı və xüsusi plaket hədiyyə ediləcək.
Mənbə: http://www.edebiyyatqazeti.az